"Azərsun Holdinq" Gənclər gününə həsr olunmuş sosial aksiyaya qoşulub

"Azərsun Holdinq" Gənclər gününə həsr olunmuş sosial aksiyaya qoşulub
# 31 yanvar 2020 17:28 (UTC +04:00)

“Azərsun Holdinq” Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulub.

“Azərsun”dan “APA-Economics”ə verilən məlumata görə, 2 fevral – Gənclər gününə qədər davam edəcək aksiya çərçivəsində “Azərsun Holdinq”ə daxil olan müəssisələrin əməkdaşları əsgər salamı verərək Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirib. Belə ki, çəkilən fotolar #esgeresalam #dovletqacqinkom həştəqləri sosial şəbəkələrdə paylaşılır və cəmiyyəti vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir.

Qeyd edək ki, “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunması və məşğulluğunun artırılmasında müstəsna rol oynayan “Azərsun Holdinq” bu sahədə ölkə gənclərini də daim diqqətdə saxlayır. Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində ölkədə həyata keçirilən layihələri hər zaman dəstəkləyən şirkətlər qrupu Azərbaycanın müxtəlif ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir.

Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir, gənclər “Azərsun Holdinq”də təcrübə proqramlarına qoşulur, daha sonra isə işlə təmin edilirlər. Bunun bariz nümunəsi kimi şirkətlər qrupunda çalışanların əsas gənclərdən ibarət olduğunu göstərmək olar. Belə ki, “Azərsun Holdinq”də çalışan 17-35 yaş aralığında olan işçilər 63.29% təşkil edir. Şirkət əməkdaşlarının 47,8%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, Şirkətlər Qrupunda çalışan əməkdaşların yarısından çoxu gənclərdir.

Xatırladaq ki, təhsilə və gənclərə yardım etmək “Azərsun Holdinq”in fəaliyyətinin prioritet sahəsidir və gənclərin işlə təmin olunması istiqamətində mühüm addımlar atmağa davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR