"Azərsun Holdinq"də qanvermə aksiyası keçirilib - FOTOSESSİYA

"Azərsun Holdinq"də qanvermə aksiyası keçirilib - FOTOSESSİYA
# 05 fevral 2020 15:26 (UTC +04:00)

“Azərsun Holdinq” Mərkəzi Qan Bankı ilə birgə “Qan ver – yaşat” şüarı altında qanvermə aksiya təşkil edib.

Şirkətlər Qrupundan “APA-Economics”ə verilən məlumata görə, “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində keçirilmiş aksiyada Şirkətlər Qrupunun əməkdaşları, media mənsubları və Masazır sakinləri iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edən holdinqin Müşahidə Şurasının sədri Abdolbari Goozal əməkdaşlar qarşısında çıxış edərək qan verməklə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilas etməyin mümkün olduğunu bildirib. Şirkət rəhbəri hər kəsin sosial durumundan asılı olmayaraq ən azından qan verməklə həyat xilas edə biləcəyini vurğulayıb. O, “Azərsun Holdinq”də çalışanların yalnız qida təhlükəsizliyi, yüksək keyfiyyətli məhsulların istehsalı ilə deyil, eyni zamanda qanı və canı hesabına Azərbaycana xidmət etdiyini və bu fəlsəfənin heç zaman dəyişməyəcəyini bildirib.

Daha sonra media mənsubları ilə görüşən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri bu il qanvermə aksiyasının əvvəlki illərlə müqayisədə fevralda keçirilməsinin Mərkəzi Qan Bankında qan qıtlığının yaranması ilə əlaqədar olduğunu söyləyib. Abdolbari Goozal bütün şirkətlərin bu cür sosial layihələr həyata keçirməli olduğunu qeyd edərək “Azərsun Holdinq”in hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşdığını vurğuladı.

Bundan əlavə, jurnalistlərin suallarını cavablandıran Mərkəzi Qan bankının sədrinin müavini Namirə Abbasova “Azərsun Holdinq”in illərdir bu sosial aksiynı həyata keçirdiyini və yüzlərlə əməkdaşın qan verərək dəstək olduğunu qeyd edərək, təşəkkürünü bildirdi.

Qeyd edək ki, ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” artıq 14 ildir ki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR