"Azərsun Holdinq"in rəhbəri Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat köçürüb

"Azərsun Holdinq"in rəhbəri Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat köçürüb
# 02 oktyabr 2020 15:32 (UTC +04:00)

“Azərsun Holdinq”in rəhbəri, iş adamı Abdolbari Goozal qələbə uğrunda rəşadətlə döyüşən ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 1 mln. manat ianə edib.

İş adamı Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazdığını bildirib. Abdolbari Goozal rəhbərlik etdiyi “Azərsun Holdinq” tərəfindən hər zaman olduğu kimi ölkəmizdə ərzaq təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi üçün gərəkən hər şeyin ediləcəyini bildirib. O, Şirkətlər Qrupu nəzdində olan bütün müəssisələrin, texnika parklarının, avadanlıqların hər an Ali Baş Komandanın əmrində və ordumuzun xidmətində olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR