Bakı bərk məişət tullantıları zavodu hər il 100 min ailəni elektrik enerjisi ilə təmin edir

Bakı bərk məişət tullantıları zavodu hər il 100 min ailəni elektrik enerjisi ilə təmin edir
# 18 mart 2021 16:32 (UTC +04:00)

İl ərzində Azərbaycanda istehsal olunan alternativ enerjinin 50%-dən çoxu Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların termik üsulla utilizasiyası nəticəsində yaranır.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, zavod il ərzində orta hesabla 100 min ailəni elektrik enerjisi ilə təmin edir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri vasitəsilə 343,55 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki. Ötən il Azərbaycandakı Külək Elektrik Stansiyalarında 96,1 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt-saat, Bakı bərk məişət tullantılarının yandırılması zavodunda isə 200,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR