Bakı və Abşeronda aztəminatlı ailələrə ərzaq bağlamalarının çatdırılmasına başlanıb

Bakı və Abşeronda aztəminatlı ailələrə ərzaq bağlamalarının çatdırılmasına başlanıb
# 13 aprel 2020 18:46 (UTC +04:00)

Həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakı və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, "Azərmaş" ASC ərzaq bağlamalarının çatdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.

Sosial aksiya 500 ailəni (təxminən 2 000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR