Bakıda gips əsaslı məmulatlar zavodu açılacaq

Bakıda gips əsaslı məmulatlar zavodu açılacaq
  • Clock-gray 14:59
  • calendar-gray 04 Mart 2021

Yaxın vaxtlarda Qaradağ rayonunda gips əsaslı məmulatlar zavodu istifadəyə veriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda zavodda son tamamlama işləri aparılır.

İldə 8 mln. kvadrat metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 23 mln. manat olan layihəyə Nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib.

Hüseyn Vəliyev

Digər xəbərlər