Bakıda kreativ sənaye forumu keçiriləcək

Bakıda kreativ sənaye forumu keçiriləcək
  • Clock-gray 17:06
  • calendar-gray 23 Yanvar 2020

Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq.

Bunu "APA-Economics"ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, tədbirin təşkilatında əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək ki, bu baxımdan Mədəniyyət nazirinin də foruma qatılacağı gözlənilir.

Qeyd edək ki, kreativ sənaye dedikdə – kitab, digər çap və dizayn məhsullarından, filmlərdən, xalçaçılıqdan, suvenir istehsalından və s. istiqamətlər nəzərdə tutulur.

O. Məmmədov əlavə edib ki, ölkədə kreativ sənayenin inkişafına dair araşdırmalar aparmaq məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupunda Mədəniyyət, Turizm, İqtisadiyyat nazirliklərinin, həmçinin KOBİA-nın nümayəndələri təmsil olunur.

İşçi qrupu tərəfindən sahələr müəyyən olunacaq ki, onların inkişafına diqqət yetiriləcək. Söhbət sahənin təşviqindən, kreditləşməsindən və s. istiqamətlərin müəyyənləşməsindən gedir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date