Bakıda yerli məhsulların sərgisi keçirilir - FOTO

Bakıda yerli məhsulların sərgisi keçirilir - FOTO
# 20 fevral 2020 10:41 (UTC +04:00)

Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə "Partners and Business" sərgisi işə başlayıb.

"APA-Economics"in məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunur. Ümumilikdə, sərgidə 150-yə yaxın şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər sərgilənir.

Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Sərgidə həmçinin, KOBİA-nın dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və s. sahələrdə 20-yə yaxın kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.

Fevralın 22-dək davam edəcək sərgi çərçivəsində əmək münasibətləri, məşğulluq, biznesin təşkili və proqnozlaşdırılması, sahibkarlıq sahəsində qanunvericilik, effektiv satış texnikaları kimi mövzularda təlimlər, kitab təqdimatları keçiriləcək, məsləhət xidmətləri göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR