Belarus Azərbaycana koronavirus əleyhinə peyvəndlərin tədarükündə maraqlıdır

Belarus Azərbaycana koronavirus əleyhinə peyvəndlərin tədarükündə maraqlıdır
# 02 aprel 2021 16:18 (UTC +04:00)

Belarus Azərbaycana yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlərin tədarükündə maraqlıdır.

"APA-Economics"in "Belta"ya istinadən verdiyi məlumata görə, bunu Belarusun Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, hazırda ölkə "Sputnik V" texnologiyasından istifadə edərək öz peyvənd istehsalını təşkil edir: "Düşünürəm ki, istehsal həcmi bizə nəinki daxili tələbatları ödəməyə, həm də bizə dost olan ölkələrin bazarlarına çıxmağa imkan yaradacaq".

Belarusun Baş nazirinin müavini iki ölkənin səhiyyə və əczaçılıq sahəsində qarşılıqlı əlaqələri üçün böyük potensialın olduğunu bildirib və Belarusun Azərbaycan bazarına lazım olan dərmanları tədarük etməyə hazır olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR