"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 27% artıb

"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 27% artıb
  • Clock-gray 11:19
  • calendar-gray 31 Mart 2021

Bu ilin yanvar-mart ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 47,3 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 27,1% çoxdur.

Bu ilin mart ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,4 mln. dollar olub ki, bu da fevral ayı ilə müqayisədə 8,4% azdır.

Hüseyn Vəliyev

Digər xəbərlər