“Birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya”nın təsdiqlənməsi nəzərdə tutulur

“Birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya”nın təsdiqlənməsi nəzərdə tutulur
# 22 dekabr 2020 11:46 (UTC +04:00)

“İxrac Akademiyası” sertifikat proqramı yaradılaraq tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Gələn il üçün büdcə zərfinə daxil olan sənədə əsasən, “İxrac Akademiyası” sertifikat proqramı yaradılaraq tətbiq edilməsi 2021-2024-cü illərdə qeyri-neft məhsullarının ixracı və investisiyaların təşviqi siyasətinin əsas istiqamətləri və prioritetləri sırasına daxil edilib.

Eyni zamanda “Birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya”nın da təsdiq edilməsi və Fəaliyyətinin Planının icrası nəzərdə tutulur.

Sənəddə “Ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirinə qoşulmasına dair Tədbirlər Planı”nın təsdiqlənməsi və icrası planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR