"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb - FOTO ®

"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb - FOTO ®
# 06 aprel 2020 17:12 (UTC +04:00)

Bütün dünyada pandemiya halını alan koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən xüsusi tədbirlər həyata keçirilir.

Xüsusilə də, yaşı 65-dən yuxarı olan insanların risk qrupuna daxil edilməsi onların evdən çıxmaları üçün təhlükə hesab olunur. Bu yaş qrupuna aid şəxslər arasında xüsusi yardıma ehtiyacı olanlar da var.

Bunları nəzərə alan “Bizim Tarla” markası karantin dövründə “ASAN Könüllüləri” Təşkilatının asanmektub.az saytına yerləşdirilən 65 yaşdan yuxarı tənha yaşayan insanların məktublarından bir qismini öhdəliyə götürüb.

“Azərsun Holdinq”dən “APA-Econimics”ə verilən məlumata görə, brendin müxtəlif məhsulları qapı-qapı gəzilərək ehtiyac sahiblərinə çatdırılıb.

Ölkə daxilində sevilməklə bərabər, Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilən adıçəkilən milli marka eyni zamanda Biləsuvar Regional Mədəniyyət İdarəsi ilə birgə rayon ərazisində yaşayan dəstəyə ehtiyacı olan 65 yaşdan yuxarı tənha insanlara sovqatlar paylayıb.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən “Bizim Tarla” markasının əsasını təşkil edən məhsulların yetişdirildiyi “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və Biləsuvar Konserv Zavodu dünyada böyük nüfuza malik Global GAP, BRC və digər məşhur sertifikatlara malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR