Böyük Britaniyada avtomobil satışları 2008-ci ildən bəri minimuma enib

Böyük Britaniyada avtomobil satışları 2008-ci ildən bəri minimuma enib
# 04 dekabr 2020 14:18 (UTC +04:00)

Bu ilin noyabr ayında Böyük Britaniyada yeni avtomobillərin satışları illik nisbətdə 27,4% azalaraq 113,8 min ədədə düşüb.

"APA-Economics"in məlumatına görə, bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.

"Yeni məhdudiyyətlər səbəbindən ölkədəki satış salonlarının bağlandığı bir ayda 113 781 yeni nəqliyyat vasitəsi qeydiyyata alınıb ​​ki, bununla da satışlar 2008-ci ildə qeydə alınan səviyyəyə qayıdıb", - açıqlamada deyilir.

Eyni zamanda, SMMT qeyd edir ki, noyabr ayında avtomobil satışlarındakı azalma pandemiyanın ilk dalğası dövründəki qədər güclü deyildi – apreldə ölkədə qeydiyyata alınan avtomobillərin sayı rekord 97,3% azalmışdı.

"Bu dəfə pərakəndə satış mərkəzləri və istehsalçılar sifarişləri yerinə yetirmək üçün daha yaxşı hazırlaşıb", - açıqlamada qeyd olunub.

Həmçinin qeyd olunub ki, yanvar-noyabr aylarında Böyük Britaniyanın avtomobil bazarı illik ifadədə 30,7% azalıb, bu dövrdə ölkədə 1,5 mln. avtomobil satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR