Böyük Britaniyada ötən ay bu il ərzində ilk dəfə avtomobil satışları artıb

Böyük Britaniyada ötən ay bu il ərzində ilk dəfə avtomobil satışları artıb
# 05 avqust 2020 12:42 (UTC +04:00)

2020-ci ilin iyul ayında Böyük Britaniyada yeni avtomobillərin satışı illik müqayisədə təxminən 11% artıb.

"APA-Economics"in Böyük Britaniya Avtomobil istehsalçıları və satıcıları birliyinin ilkin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bu 2020-ci ildə qeydə alınan ilk illik artım oldu. COVID-19 pandemiyası ilə bağlı karantin, təcrid və digər preventiv tədbirlərin aradan qaldırılması nəticəsində dillerlər mağazalarını açaraq avtomobil satışlarını İngiltərədə iyunun 1-dən, Şimali İrlandiyada iyunun 8-dən, Uelsdə iyunun 22-dən, Şotlandiyada isə iyunun 29-dan bərpa ediblər.

Qeyd edək ki, pandemiya fonunda ölkədə illik müqayisədə martda, apreldə, mayda və iyunda yeni avtomobil satışları müvafiq olaraq 44%, 97% və 89% və 35% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR