Böyük Britaniyanın avtomobil bazarı ötən ay son 9 ilin ən pis dövrünü yaşayıb

Böyük Britaniyanın avtomobil bazarı ötən ay son 9 ilin ən pis dövrünü yaşayıb
  • Clock-gray 14:35
  • calendar-gray 05 Noyabr 2020

Böyük Britaniyada yeni avtomobillərin satışları oktyabr ayında illik müqayisədə 1,6% azalaraq 140 945 ədədə enib. Bu, son 9 ilin ən "zəif" oktyabrı kimi qeydə alınıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.

Qeyd olunub ki, bu ilin yanvar-oktyabr aylarında isə ölkədə 1 384 601 vahid yeni avtomobil satılıb ki, bu da illik ifadədə 31% azdır.

Məlumatda həmçinin qeyd edilir ki, oktyabrda Böyük Britaniyada ən çox satılan avtomobil modellərinin ilk üçlüyünə "Mercedes-Benz A-Class", "Vauxhall Corsa" və "Ford Fiesta" daxil olub. Hesabat ayında bu modellərdən müvafiq olaraq 4 149 ədəd, 3 957 ədəd və 3 845 ədəd satılıb. "Ford Fiesta" həm də ilboyu (yanvar-oktyabr) Böyük Britaniyada ən çox satılan avtomobil olub – 43 281 vahid. Hesabat dövründə

"Vauxhall Corsa" modeli 39 692 ədəd satış göstəricisi ilə ikinci, "Volkswagen Golf" isə 35 014 ədəd göstərici ilə üçüncü olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər