"Brand Award Azerbaijan" milli mükafatı bərpa edilir

"Brand Award Azerbaijan" milli mükafatı bərpa edilir
# 16 mart 2021 16:27 (UTC +04:00)

“Caspian Energy Club” (CEC) “Brand Award Azerbaijan” milli mükafatını bərpa edir.

CEC-dən “APA-Economics”ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən yalnız yerli korporativ, xidməti və məhsul brendlər arasında 2021-ci ilin ən tanınan 50 brendini seçilərək mükafatlandırılacaq.

Qalib brendlər 26 aprel – 23 may tarixində onlayn səsvermə əsasında seçiləcək. Səsvermə həm ölkə daxili, həm də ölkə xaricində baş tutacaq. Respondentlər “brandaward.az” saytında minimum 20 brend olmaqla müxtəlif namizədlərə səs verəcəklər. Mükafatın təqdimetmə mərasimi onlayn formatda 1 iyun tarixində keçiriləcək.

“Brand Award Azerbaijan” milli mükafatında qalib gələn 50 brend, həmçinin, Xəzər-Qara dəniz regionundakı ölkələrdə keçirilən milli “Brand Award” müsabiqələrində qalib olan həmin ölkələrin milli brendləri ilin sonunda yekun “Brand Award International” müsabiqəsində birbaşa iştirak etmək imkanı əldə edəcək.

“Brand Award Azerbaijan” mükafatının əsas məqsədi milli brendlərin tanınmağına və kiçik və orta biznesə bu istiqamətdə dəstək verməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR