2020-ci ilin yanvar-fevral aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi malların alınmasına 91,3 mln. manat sərf edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji ayları ilə müqayisədə 19,3% çoxdur. Təkcə bu ilin fevral ayında 50,8 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da ya yanvar ayı ilə müqayisədə 25,4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,6%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.