CEC "Caspian Energy Russia"da iştirak payını satışa çıxarıb

CEC "Caspian Energy Russia"da iştirak payını satışa çıxarıb
# 04 fevral 2021 13:32 (UTC +04:00)

“Caspian Energy Club” (CEC) Rusiyadakı fəaliyyətini genişləndirir.

CEC-dən “APA-Economics”ə verilən məlumata görə, bu layihəni həyata keçirmək məqsədilə “Caspian Energy Club” “Caspian Energy Russia”da pay iştirakını satışa çıxarıb.

Pay iştirakının satışı barədə təkliflər paketi çərçivəsində “Caspian Energy Russia” rus və ingilis dillərində eyniadlı jurnal dərc etmək hüququn əldə edir.

Eyni zamanda, “Caspian Energy TV”, “Caspian Energy Photo”, “Caspian Energy News”, “Caspian Energy Investor”, “Caspian Energy Jobs” və “Caspian Energy Info” layihələrinə tam və ya qismən inteqrasiya nəzərdə tutulub.

“Caspian Energy Russia” Moskva, Həştərxan, Kazan, Tümen və Rusiyanın digər şəhərlərində ildə bir neçə dəfə beynəlxalq “Caspian Energy Forum” təşkil edəcək. Bununla yanaşı, hər il “Caspian Energy Award Russia”, “Caspian Business Award Russia” və “Brand Award Russia” beynəlxalq mükafatlarının təqdimetmə mərasimlərini keçiriləcək.

Əlavə olaraq, hər ay Rusiyanın fərqli regionlarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının nümayəndələrinin və şirkət top-menecerlərinin B2G, B2B və B2С formatlarında müxtəlif tədbir və forumlar təşkil olunacaq. “Business Tour” layihəsi çərçivəsində sahibkarlar Rusiyanın müxtəlif region və müəssisələrinin investisiya imkanları ilə tanış olmaq və ora şəxsən baş çəkmək fürsəti əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR