"Caspian European Club"ın İdarə Heyətinin yeni tərkibi formalaşıb

"Caspian European Club"ın İdarə Heyətinin yeni tərkibi formalaşıb
# 04 mart 2020 12:24 (UTC +04:00)

“Caspian European Club”ın İdarə Heyətinin üzvlərinin seçki prosesi başa çatıb.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, seçkilərin nəticəsinə görə klub yeni sədri Telman Əliyev seçilib. O, eyni zamanda “Caspian European Club” və “Caspian Energy” qrupunun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə baş icraçı direktorudur.

Klubun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə İdarə Heyətinə qapalı səsvermə yolu ilə 6 üzv seçilib – Zərifə Həmzəyeva (“Gazelli Group”un prezidenti), Avni Dəmirçi (“ZiraatBank Azerbaijan”nın İdarə Heyətinin sədri), Fərid Məmmədov (“Caspian Event Organisers”in baş direktoru), Nəriman Məmmədov (“Transbroker” / “Narimanfilm”in baş direktoru), Rəşad Abbasov (“ASE Express & OCS”in direktoru) və Savaş Uzan (“Azersun Holding”in İdarə Heyətinin üzvü).

2020-ci il fevralın 27-dən 29-dək davam edən seçkilərdən öncə “Caspian European Club”ın rəsmi saytı (www.caspianenergy.org) vasitəsilə seçkiqabağı səsvermə keçirilib. Səsvermə hüququndan “Caspian European Club”ın ofisləri Bakıda yerləşən üzv şirkətlərinin 194 top-meneceri və nümayəndəsi yararlanıb.

Eyni zamanda seçki çərçivəsində sahə və sahələrarası komitələrin, işçi qruplarının rəhbərləri seçiliblər. Onların adlarından ibarət yekun siyahı “Caspian European Club”ın idarə heyətinin yeni heyətinin ilk toplantısında təsdiqlənəcək. Həmin iclasda həmçinin Klubun yaxın 2 il ərzində həyata keçiriləcək yeni inkişaf strategiyası müəyyənləşəcək. İdarə Heyətinin üzvləri eyni zamanda “Caspian European Club”ın İcra Komitəsinin yeni tərkibini də təsdiqləməlidirlər.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR