Ceff Bezosun sərvəti rekord səviyyədə artaraq 189 mlrd. dollara çatıb

Ceff Bezosun sərvəti rekord səviyyədə artaraq 189 mlrd. dollara çatıb
  • Clock-gray 12:50
  • calendar-gray 21 İyul 2020

Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun xalis sərvəti ötən gün 13 mlrd. ABŞ dolları artıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu, "Bloomberg Billionaires Index" renkinqində indiyədək qeydə alınmış ən yüksək artım dinamikasıdır. Bununla bərabər "Amazon"un da səhmləri 7,9% bahalaşaraq 2018-ci ilin dekabrından bəri ən yüksək həddə çatıb. Son bir ildə Ceff Bezosun xalis sərvəti 74,4 mlrd. dollar artıb və hazırda 189 mlrd. dollar təşkil edir.

Qeyd edək ki, "Bloomberg Billionaires Index" renkinqində ikinci yerdə "Microsoft" şirkətinin yaradıcısı Bill Geyts (118 mlrd. dollar), üçüncü yerdə isə Fransanın LVMH ("Louis Vuitton Moet Hennessy") şirkətlər qrupunun baş meneceri Bernar Arno (94,7 mlrd. dollar) qərarlaşıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər