Çin Azərbaycan şərablarının daxili bazarlarda satışını artırmaq niyyətindədir

Çin Azərbaycan şərablarının daxili bazarlarda satışını artırmaq niyyətindədir
# 08 iyun 2020 17:16 (UTC +04:00)

Çin Azərbaycan şərablarının daxili bazarlarda satışını artırmaq məqsədilə ikitərəfli əməkdaşlığı bir qədər də genişləndirilməyə hazır olduğunu bildirib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu fikirləri təşkil olunan birgə video-konfrans zamanı Çinin Milli İçki və Spirt Dövriyyəsi Assosiasiyasının baş katibinin müavini Vanq Zuminq və Çin Şərab və Spirtli İçkilər İdxalçıları və İxracatçıları Assosiasiyasının baş katibi Vanq Xuvei səsləndiriblər.

Bildirilib ki, Azərbaycan şərablarının çinli alıcılar tərəfindən maraqla qarşılanır.

Video-konfrans zamanı əvvəlcədən iştirakçılara göndərilən bir sıra istehsalçıların şərablarının dequstasiyası keçirilib.

Qeyd edək ki, hazırda Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycanın şərab evləri fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR