DGK sədri: "Azərbaycanda yüksək idxal rüsumları qaçaqmalçılığa şərait yaradır"

DGK sədri: "Azərbaycanda yüksək idxal rüsumları qaçaqmalçılığa şərait yaradır"
# 18 fevral 2020 12:02 (UTC +04:00)

Azərbaycan qanunvericiliyinin idxal əməliyyatları üzrə vergilərin və rüsumların həddindən artıq çox olması leqal fəaliyyət göstərən şirkətlərin bazara qaçaq yol ilə malların gətirilməsinə şərait yaradır ki, bununla bağlı mübarizə aparmaq çətinləşir.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu elə bir sektordur ki, malın qaçaq yolla gəlməsi şansı digər mallara nisbətdə daha yüksəkdir.

"Biz bu gün birgə verə biləcəyimiz təkliflərlə gələcək fəaliyyətimizi müsbət mənada tamamilə dəyişə bilərik", - deyə S. Mehdiyev qeyd edib.

O həmçinin istehsalın qorunması üçün qanunvericiliyə yenidən baxılması, həm emal sektorunun inkişafında, həm də idxal əməliyyatlarında şəffaflığın təmin olunmasında hər zaman sahibkarlara dəstək verməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR