“Demirören” şirkətinin rəhbəri: “Azərbaycana böyük sərmayələr yatırmaq arzusundayıq”

“Demirören” şirkətinin rəhbəri: “Azərbaycana böyük sərmayələr yatırmaq arzusundayıq”
# 27 fevral 2021 16:03 (UTC +04:00)

“Şans oyunları sektorunda qlobal lider olmaq üzrə çıxdığımız yolda ilk addımlarımızı Azərbaycanda atırıq. Bundan son dərəcə qürurlu və məmnunuq”.

APA-nın xəbərinə görə, bunu “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsilə əlaqədar keçirilən imzalanma mərasimində “Demirören Şans Oyunları Yatırımları A.Ş.-nin rəhbəri Yıldırım Demirören bildirib.

Y.Demirören deyib ki, Azərbaycanın beynəlxalq sərmayədarlar arasında ona məxsus bu şirkətə güvənməsindən böyük məmnuniyyət hissi keçirir: “Bu böyük layihəni başlamaq üçün 15 aya yaxındır ki, fəaliyyət göstəririk. “Demirören Holding” media, turizm, təhsil və şans oyunları sektorunda Türkiyənin lider şirkətlərindəndir. Şirkətimizin tabeçiliyində on minlərlə işçi fəaliyyət göstərir. Türkiyənin ən böyük, Avropanın da sayılan media qruplarından biriyik. “Hürriyyət”, “Kanal D”, “CNN-Türk” köklü markaları Türkiyənin dünyaya açılan ən böyük pəncərəsidir. Lotereya oyunları sektorunda isə dünyanın ən böyük şirkətlərindən biriyik”.

Şirkət rəhbəri bu gün imzalanan müqavilə ilə “Demirören”in Azərbaycanda da ən böyük sərmayələr yatıracağını vurğulayıb: “Bu sahədə minlərlə insana iş imkanı yaradılacaq. Bundan başqa, bu sektordakı təcrübəmizdən Azərbaycanın müvafiq lotereya oyunları sektorunun yararlanacağından da qürur duyuruq. Bu, Azərbaycan üçün ilk yatırmımızdır. Bundan sonra da Azərbaycana sərmayələr yatırmaq arzumuzun olduğunu qeyd etmək istərdim. Hər iki ölkə üçün xeyirli olsun!”

Qeyd edək ki, bu gün Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” ASC-nin idarə etmək hüququna dair müqaviə imzalanıb. Müqaviləni Azərbaycan Respublikası hökuməti adından İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərinin icracısı Mətin Eynullayev, Türkiyə Respublikası adından isə “Demirören Şans Oyunları Yatırımları A.Ş.-nin rəhbəri Yıldırım Demirören imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR