Dövlət Vergi Xidməti: Artıq sahibkarlar karantin qaydaları ilə bağlı pozuntu hallarına yol vermir

Dövlət Vergi Xidməti: Artıq sahibkarlar karantin qaydaları ilə bağlı pozuntu hallarına yol vermir
# 15 avqust 2020 11:39 (UTC +04:00)

“İyul ayının 3-dən İqtisadiyyat Nazirliyi tərəfindən 14 509 sayda nəzarət tədbiri keçirilib, 1708 tədbir üzrə pozuntu halı aşkar edilib”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, son dövrlərin dinamikası göstərir ki, artıq sahibkarlar da karantin qaydalarına əməl olunması ilə bağlı pozuntu hallarına yol vermir: “Dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər sadəcə cəza deyil, həm də maarifləndirici xarakter daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR