Dünyanın ən zəngin 10 iş adamının ümumi sərvəti 1 trln. dolları ötüb - SİYAHI

Dünyanın ən zəngin 10 iş adamının ümumi sərvəti 1 trln. dolları ötüb - SİYAHI
# 11 noyabr 2020 15:38 (UTC +04:00)

Bu ilin noyabrın 11-nə dünyanın ən zəngin 10 iş adamı xalis sərvətlərini 245,14 mlrd. ABŞ dolları artıraraq 1,0173 trln. dollara çatdırıb.

"APA-Economics"in "Bloomberg Billionaires Index"ə (BBI) istinadən verdiyi məlumata görə, bu il sərvətinin ən böyük artımına "Tesla" şirkətinin rəhbəri İlon Mask nail olub. O, ilin əvvəlindən sərvətini 75,1 mlrd. dollar çoxaldaraq 103 mlrd. dollara qədər artırıb.

Artıma görə ikinci pillədə qərarlaşan "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun 2020-ci ildə xalis sərvəti 64,3 mlrd. dollar artaraq 179 mlrd. dollara çatıb.

İlk üçlüyə daxil olan Çinin ən böyük içki məhsulları istehsalçısı "Nongfu Spring"in rəhbəri Sonq Şanşan təkcə bu il xalis sərvətini 8,7 dəfə (52,1 mlrd. dollar) artıraraq 58,9 mlrd. dollara yüksəldib.

Bu il sərvətini ən çox artırmış milyarderlər – TOP-10:

#

Milyarder

Artım, mlrd. $

Xalis sərvət, mlrd. $

Ölkə

1

İlon Mask

75,1

103

ABŞ

2

Ceff Bezos

64,3

179

ABŞ

3

Sonq Şanşan

52,1

58,9

Çin

4

Den Gilbert

28,1

35,3

ABŞ

5

Mark Zukerberq

24,8

103

ABŞ

6

MakKenzi Skott

21,2

58,3

ABŞ

7

Poni Ma

20,5

59,1

Çin

8

Mukeş Ambani

20,5

79,1

Hindistan

9

Stiv Balmer

18,2

76,4

ABŞ

10

Larri Peyc

16,9

81,5

ABŞ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR