Elman Rüstəmov: "Biznesin dayanıqlılıq problemləri istiqamətində tədqiqat işləri gedir"

Elman Rüstəmov: "Biznesin dayanıqlılıq problemləri istiqamətində tədqiqat işləri gedir"
# 09 dekabr 2020 12:44 (UTC +04:00)

"Biznesin dayanıqlılıq problemləri, maliyyə sabitliyinin daha da gücləndirilməsi istiqamətində tədqiqat işləri gedir".

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

AMB-nin sədri bildirib ki, dünyada bu proseslər bankların sağlamlaşdırılması yolu ilə həyata keçirilir: "Bu zaman Əmanətlərin Sığortalanması Fondunun üzərinə böyük yük düşmür. Son bağlanan banklar zamanı Fond dövlətdən çox ciddi məbləğdə kredit götürdü. Banklar tərəfindən dayanıqlılıq təmin edilməsi məqsədilə ödənişlər artırılmalıdır. Bu zaman da bunların faiz dərəcələri yüksək olur. Bu, birmənalı məsələ deyil. İnkişaf etmiş dövlətlər iqtisadi situasiya yetişdikcə bu problemləri həll edirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR