Gürcüstan Azərbaycana şərab ixracını artırıb

Gürcüstan Azərbaycana şərab ixracını artırıb
# 21 dekabr 2020 13:10 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstandan Azərbaycana 561,36 min ABŞ dolları dəyərində 136,84 ton üzüm şərabı ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 217,48 min dollar və ya 27,9% azalıb, həcmi isə 9,83 ton və ya 7,7% artıb. Belə ki, ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 778,84 min dollar dəyərində 127,01 ton üzüm şərabı ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR