Gürcüstan Azərbaycana yerli istehsal məhsullarının ixracını 15% azaldıb

Gürcüstan Azərbaycana yerli istehsal məhsullarının ixracını 15% azaldıb
# 21 aprel 2020 12:45 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 16,2 mln. ABŞ dolları dəyərində yerli istehsal mal və məhsullar ixrac edib ki, bu da illik müqayisədə 15,1% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac bu ölkənin hesabat dövründəki ixracının 3%-ni təşkil edib.

Ötən ilin I rübündə isə Gürcüstan Azərbaycana 19,1 mln. dollar dəyərində yerli istehsal mal və məhsulları ixrac edib ki, bunun da ümumi ixracda payı 3,5%-ə bərabər olub.

Hesabat dövründə Gürcüstanın yerli istehsal mal və məhsulların ixracının ümumi dəyəri 539,5 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 1,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR