Gürcüstan Azərbaycandan çay idxalını artırıb

Gürcüstan Azərbaycandan çay idxalını artırıb
  • Clock-gray 17:39
  • calendar-gray 20 Yanvar 2021

Ötən il Gürcüstan Azərbaycandan 4 818.96 min ABŞ dolları dəyərində 778.48 ton çay idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, 2020-ci ildə Azərbaycandan idxal edilən məhsulun dəyəri əvvəlki illə müqayisədə 262.16 min dollar və ya 5.75%, çəkisi isə 43.17 ton və ya 5.9% çoxdur.

2019-cu ildə Gürcüstan Azərbaycandan 4556.80 min dollar dəyərində 735.31 ton çay idxal edib.

Səid Babazadə

Digər xəbərlər