Gürcüstanda bütün istehsal müəssisələri fəaliyyətini bərpa edir

Gürcüstanda bütün istehsal müəssisələri fəaliyyətini bərpa edir
# 07 may 2020 15:06 (UTC +04:00)

Mayın 11-dən etibarən Gürcüstanda küçədən ayrıca girişi olan bütün topdan və pərakəndə satış mağazalarının fəaliyyətinə icazə veriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında deyib.

O bildirib ki, geyim və ayaqqabı mağazaları bu qərardan istisna edilib.

G. Qaxaria qeyd edib ki, həmin tarixdən etibarən ölkə ərazisindəki bütün istehsal müəssisələrinin fəaliyyətinə də icazə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR