Gürcüstandan Azərbaycana avtomobil ixracı 12,6% azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı 12,6% azalıb
# 24 mart 2021 13:00 (UTC +04:00)

2020-ci ildə Gürcüstandan Azərbaycana 226,4 milyon dollar dəyərində avtomobil ixrac olunub.

APA-Economics” xəbər verir ki, bu barədə “Galt və Taggart” icmalında deyilir.

Bildirilir ki, bu göstərici illik ifadədə 12,6% azalıb.

İxracatda azalma 2 və 4-cü rüblərdə qeydə alınıb. 2020-ci ilin ikinci rübündə Gürcüstandan Azərbaycana avtomobil satışları illik ifadədə 50,4%, dördüncü rübdə isə 45,6% azalıb.

Sənəddə qeyd olunur ki, avtomobillərin təkrar ixracı üzrə Azərbaycan Gürcüstan üçün ən böyük ixrac bazarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR