Gürcüstandan Azərbaycana dərman ixracı azalıb

Gürcüstandan Azərbaycana dərman ixracı azalıb
# 21 dekabr 2020 14:23 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstandan Azərbaycana 13 462,88 min ABŞ dolları dəyərində 595,11 ton dərman ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 10 659,17 min dollar və ya 44,2%, həcmi isə 54,98 ton və ya 8,45% azalıb. Belə ki, ötən ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycana 24 112,05 min dollar dəyərində 650,09 ton dərman ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR