Gürcüstandan Azərbaycana pivə ixracı yanvar-noyabrda 2% azalıb

Gürcüstandan Azərbaycana pivə ixracı yanvar-noyabrda 2% azalıb
# 21 dekabr 2020 14:30 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstandan Azərbaycana 320,28 min ABŞ dolları dəyərində 337,31 ton pivə ixrac edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 56,4 min dollar və ya 15%, həcmi isə 6,97 ton və ya 2% azalıb. Belə ki, ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 376,68 min dollar dəyərində 344,28 ton pivə ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR