Gürcüstandan Azərbaycana siqaret ixracı artıb

Gürcüstandan Azərbaycana siqaret ixracı artıb
  • Clock-gray 11:41
  • calendar-gray 19 Fevral 2021

Bu ilin yanvar ayı ərzində Gürcüstandan Azərbaycana 1 388,2 min ABŞ dolları dəyərində 55 ton siqaret ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilib ki, illik müqayisədə Azərbaycana ixrac edilən məhsulun dəyəri 532,2 min dollar və ya 62%, həcmi isə 24,9 ton və ya 82% artıb. Belə ki, 2020-ci ilin yanvar ayında Gürcüstan Azərbaycana 30,1 ton siqaret ixrac edib, bunun da ümumi dəyəri 856 min dollar təşkil edib.

Səid Babazadə

Digər xəbərlər