İƏT-in Ticarət və Sənaye Palatasının üzv ölkələri arasında viza rejiminin ləğvi təklif olunub

İƏT-in Ticarət və Sənaye Palatasının üzv ölkələri arasında viza rejiminin ləğvi təklif olunub
  • Clock-gray 13:06
  • calendar-gray 21 Oktyabr 2020

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və Sənaye Palatasına (ECO CCI) üzv olan ölkələr arasında ticarətin sadələşdirilməsi üçün müvafiq prosedurlar sadələşdirilməsi, sektorlar üzrə qarşılıqlı əlaqələr dərinləşdirilməsi, kənd təsərrüfatı, enerji və digər sahələrdə birgə müəssisələrin yaradılması istiqamətində səylər artırılması təklif olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) "APA-Economics"ə verilən məlumata görə, təklif  ECO CCI-nin oktyabrın 19-da keçirilən 18-ci Baş Assambleyasının iclası zamanı irəli sürülüb.

İclasda Azərbaycanı ASK-nin vitse-prezidenti Vüqar Zeynalov təmsil edib.

Konfederasiyadan bildirilib ki, tədbir çərçivəsində həmçinin post-pandemiya dövründə sektorlar üzrə mövcud vəziyyətin dəyərləndirilməsi məqsədilə ECO CCI tərəfindən işçi qrupun yaradılmasının planlaşdırıldığı bildirilib.

"Görüş zamanı, özəl sektorun və investisiya yatırımlarının təşviqi məqsədilə üzv dövlətlər arasında viza rejiminin ləğvinin önəmi də qeyd olunub", - deyə məlumatda bildirilir.

Hüseyn Vəliyev

Digər xəbərlər