İlon Mask bir gündə 14 mlrd. dollara yaxın itirib

İlon Mask bir gündə 14 mlrd. dollara yaxın itirib
# 26 fevral 2021 13:21 (UTC +04:00)

“SpaceX” və “Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti “Tesla” səhmlərinin çökməsi səbəbindən son bir gündə 13 mlrd. ABŞ dollarından çox azalıb.

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Maskın sərvəti 13,6 mlrd. dollar azalaraq 176 mlrd. dollara enib.

“Amazon”un təsisçisi Cef Bezosun sərvəti isə 5,55 mlrd. dollar azalaraq 180 mlrd. dollar təşkil edib. Beləliklə, Bezos dünyanın ən zəngin adamları siyahısında birinci, Mask isə ikinci pillədə yer alıb.

Qeyd edək ki, ötən gün “Tesla”nın səhmləri 8,06% azalaraq 682,22 dollara enib. Bu həftənin əvvəlindən isə şirkətin səhmləri 12,7% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR