İlon Maskın sərvəti ilin əvvəlindən rekord səviyyədə artıb

İlon Maskın sərvəti ilin əvvəlindən rekord səviyyədə artıb
# 24 noyabr 2020 10:32 (UTC +04:00)

Bu ilin əvvəlindən "Tesla" şirkətinin rəhbəri İlon Maskın xalis sərvəti rekord 100 mlrd. ABŞ dolları (+365%) artaraq 2020-ci ilin noyabrın 24-nə 128,8 mlrd. dollar təşkil edib.

"APA-Economics"in "Bloomberg Billionaires Index"ə (BBI) istinadən verdiyi məlumata görə, Mask həm də dünyanın ən zəngin adamlarının siyahısında "Microsoft"un təsisçisi Bill Geytsi (128,7 mlrd. dollar) geridə qoyaraq ikinci pilləyə yüksəlib. Reytinqin lideri "Amazon" korporasiyasının rəhbəri Ceff Bezos qalır. Onun sərvəti bu il 67 mlrd. dollar artaraq hazırda 182 mlrd. dollar təşkil edir.

Qeyd edək ki, dördüncü pillədə 105 mlrd. dollarla Fransanın LVMH ("Louis Vuitton Moet Hennessy") şirkətlər qrupunun baş meneceri Bernar Arno, beşinci pillədə isə "Facebook" sosial şəbəkəsinin qurucusu, sahibkar Mark Zukerberq qərarlaşıb. Onun sərvəti 102 mlrd. dollara bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR