İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edib

İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edib
# 15 aprel 2020 13:08 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi alan vergi ödəyicilərinin siyahılarını təqdim edib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, siyahılar Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw

Qeyd edək ki, bu linklərdən istifadə etməklə vergi ödəyiciləri, həmçinin, pandemiyadan zərər çəkən sahələr, bu sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla tanış ola bilərlər.

Nazirlikdən bildirilib ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 12.457 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 19.764 fərdi (mikro) sahibkar, cəmi 32.221 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 12.457 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 143.229 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 102.004 işçini əhatə edən 10.051 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 45,85 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 22,9 mln. manat təşkil edir. Aprelin 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 8.309 vergi ödəyicisinə 76.756 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 16,64 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 19.764 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 18.929 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,8 mln. manat təşkil edir. Aprelin 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 13,22 mln. manat vəsaitin 15.405 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR