İqtisadiyyat Nazirliyi malların risk qruplarının təyin edilməsi meyarlarını müəyyənləşdirəcək

İqtisadiyyat Nazirliyi malların risk qruplarının təyin edilməsi meyarlarını müəyyənləşdirəcək
# 13 dekabr 2019 11:41 (UTC +04:00)

Malların risk qruplarının təyin edilməsi meyarları hazırlanacaq.

APA-nın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

“Texniki tənzimləmə haqqında” 2019-cu il 30 sentyabr tarixli qanuna əsasən, mallar insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq yüksək, orta, aşağı risk qruplarına bölünməlidir. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla malların risk qruplarının təyin edilməsi meyarları barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR