İqtisadiyyat naziri: "Dövlət tərəfindən sahibkarlara dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur"

İqtisadiyyat naziri: "Dövlət tərəfindən sahibkarlara dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur"
# 25 aprel 2020 17:42 (UTC +04:00)

"Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur".

"APA-Economics"in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək: "Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə, sanitar-epidemioloji qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR