İran sahibkarları Qarabağda aparılacaq quruculuq işlərində iştirakda maraqlıdırlar

İran sahibkarları Qarabağda aparılacaq quruculuq işlərində iştirakda maraqlıdırlar
# 15 yanvar 2021 15:27 (UTC +04:00)

İranın Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının üzvləri Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlıdırlar.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bu fikir Palatanın ASK ilə keçirildiyi onlayn görüş zamanı Palatanın sədri Yunus Jail tərəfindən səsləndirilib.

Görüş İranın Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə, ASK prezidenti Məmməd Musayevin sədrliyilə baş tutub.

İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev öz növbəsində, hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

İclasda qərara alınıb ki, Təbriz şirkətləri təkliflərini yazılı şəkildə ASK-ya təqdim etsinlər və bu təkliflər müvafiq dövlət qurumları ilə müzakirə olunsun. Eyni zamanda, Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası ilə ASK arasında əməkdaşlıq memorandumunun imzalanması və biznes-forumun keçirilməsi üçün müvafiq hazırlıqlara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR