İşğal altında olan rayonların və cəbhəyanı ərazilərin sahibkarları üzrə maliyyə sanksiyaları ləğv edilib

İşğal altında olan rayonların və cəbhəyanı ərazilərin sahibkarları üzrə maliyyə sanksiyaları ləğv edilib
# 19 oktyabr 2020 17:02 (UTC +04:00)

Azərbaycanın işğal altında olan rayonları və cəbhəyanı ərazilərində qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş verən hadisələr nəticəsində dəyən maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 oktyabr tarixində "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, belə ki, bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiqi edilməsi hissəsi ləğv edilib.

Qəbul edilən qərarla 2 013 vergi ödəyicisinin 6 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1 822 vergi ödəyicisinin 6 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR