İşğaldan azad olunan ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına dair müraciətlər daxil olub

İşğaldan azad olunan ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına dair müraciətlər daxil olub
# 28 yanvar 2021 14:38 (UTC +04:00)

Sahibkarlar işğaldan azad olunan ərazilərdə qida və ictimai iaşə müəssisələrinin yaradılmasına və bu sektora investisiya qoyuluşuna böyük maraq göstərir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, bunu “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən onlayn forumda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı indiyədək KOBİA-ya sahibkarlar tərəfindən çoxsaylı müraciətlər daxil olub.

“Müraciətlər əsasən istehsal, turizm, tekstil, tikinti, tibb fəaliyyət, eləcə də qida sənayesi üzrə ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə edir. KOBİA tərəfindən işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlara lazımi informasiya, əlaqələndirmə və məsləhət xidmətləri göstərilir”, - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR