İşğaldan azad olunan ərazilərdə texnoloji fəaliyyət istiqamətləri müəyyənləşib

İşğaldan azad olunan ərazilərdə texnoloji fəaliyyət istiqamətləri müəyyənləşib
# 29 yanvar 2021 15:58 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal Texnologiyalar üzrə Komissiyasının işçi qruplarının işğaldan azad edilən ərazilərdə görüləcək işlərə dair fəaliyyət istiqamətləri müəyyən edilib.

ASK-dan "APA-Economics"ə verilən məlumata görə, bu barədə Komissiyanın sədri Elçin Əliyev təşkil olunan onlayn iclas zamanı bildirib.

O, Komissiyanın qarşısına qoyduğu hədəflər barədə məlumat verərək, 2021-ci il üçün fəaliyyət hədəflərini açıqlayıb.

E. Əliyev hədəflərə əsasən, işğaldan azad olunan ərazilərdə texnologiyaların, alternativ enerji texnologiyalarının tətbiqi, dövlət-özəl tərəfdaşlığı, Azərbaycanın texnologiya istehsalçısı kimi öz imicini gücləndirilməsi, innovasiyaların təhsilə daha yaxın olması, yeni peşələrin hazırlanması, startaplara Azərbaycanda fəaliyyət üçün şəraitin daha da əlverişli vəziyyətə yüksəldilməsi, İT şirkətlərin ixrac potensialını artırmaq, hərbi sahədə texnologiyalara xüsusi diqqət yetirilməsi, süni intellektin inkişafı, diqqət mərkəzində olacağını qeyd edib.

Müzakirələrdə Komissiya üzvləri ölkədən beyin axınlarının olmaması üçün İT şirkətlərə tətbiq edilən vergi siyasətində daha cazibədar şərtlərə keçmək, startapların gücləndirilməsi, əqli mülkiyyət və s məsələlər üzərində təkliflərlə çıxış ediblər. Qərara alınıb ki, təkliflər ASK vasitəsilə dövlət-özəl dialoqu platforması çərçivəsində hökumətə təqdim edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR