“KOB Dostu” ofisləri fəaliyyətlərini bərpa edib

“KOB Dostu” ofisləri fəaliyyətlərini bərpa edib
# 08 may 2020 13:27 (UTC +04:00)

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında "KOB Dostu" ofislərində fəaliyyət bərpa edilib.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, sahibkarların ofislərə müraciəti zamanı "KOB könüllüləri" Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmasına nəzarət edirlər.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən KOB dostları isə sahibkarlara göstərilən dəstək və xidmətləri onlayn formada davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR