KOBİA: Sahibkarlar startap şəhadətnamələri ilə bağlı məlumatı Agentliyin veb-səhifəsindən əldə edə bilərlər

KOBİA: Sahibkarlar startap şəhadətnamələri ilə bağlı məlumatı Agentliyin veb-səhifəsindən əldə edə bilərlər
# 01 mart 2021 11:56 (UTC +04:00)

Sahibkarlar startap şəhadətnaməsinin əldə olunması üçün lazım olan sənədlərlə bağlı məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi internet saytından əldə edə bilərlər.

"APA-Economics"ilə n məlumatına görə, bunu KOBİA-nın 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə Agentliyin departament müdiri Natiq Heydərov deyib.

Onun sözlərinə görə, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə yeni mexanizmdə də startaplara dəstək nəzərdə tutulur: "Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi istiqamətlərinin alt sahələrində startaplara və innovativ sahibkarlara dəstək məqsədilə 20 min manatadək layihələrin maliyyələşdirilməsi qeyd olunub. Bu dəstək mexanizmlərdən yararlanaraq, onlar öz layihələrini maliyyələşdirə bilərlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR