KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib

KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib
# 26 noyabr 2020 14:28 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub.

KOBİA-dan "APA-Economics"ə verilən məlumata görə, Şuranın keçirdiyi onlayn iclasında növbəti iki il üçün Şuranın yeni üzvləri və sədri seçilib.

Belə ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Şuranın sədri seçilib.

Növbəti iki ildə İctimai Şurada yüzlərlə sahibkarları birləşdirən 15 sahibkarlar assosiasiyası və qeyri-hökumət təşkilatları təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR