KOICA-nın Azərbaycan nümayəndəliyinə yeni direktor təyin edilib

KOICA-nın Azərbaycan nümayəndəliyinə yeni direktor təyin edilib
# 01 aprel 2021 17:43 (UTC +04:00)

KOICA Azərbaycan nümayəndəliyinə ölkə üzrə direktor vəzifəsinə Mun Conq Hyun (Moon Jong Hyun) təyin edilib.

KOICA Azərbaycandan "APA-Economics"ə verilən məlumata görə, Mun ictimai səhiyyə və sosial inkişafa fokuslanaraq bir çox sənaye və sektorlarda çalışıb.

Ölkə üzrə direktor vəzifəsində o, Azərbaycanda KOICA-nın missiyasının yerinə yetirilməsi və layihələrinin həyata keçirilməsi üçün məsuliyyət daşıyacaq və strateji hədəflərə çatmağa töhfə verəcək.

Qeyd edək ki, Mun 2009-cu ildən etibarən KOICA-da bir neçə vəzifədə çalışıb. Son olaraq o, KOICA-nın Qlobal Xəstəliklərin Aradan qaldırılması Fondu üzrə məsul Şöbədə fəaliyyət göstərib. Mun Yonsei Universitetinin ictimai səhiyyə fakültəsinin ictimai səhiyyə üzrə magistr dərəcəsini bitirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR