Komitə sədri: “Sahibkarlara güzəştlə bağlı müzakirələr aparılır”

Komitə sədri: “Sahibkarlara güzəştlə bağlı müzakirələr aparılır”
# 17 mart 2020 10:44 (UTC +04:00)

“Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinin qəbulunu zəruri edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

T. Mirkişili bildirib ki, Rəqabət Məcəlləsi ilə bağlı daha çox işləməli və komitə olaraq, birlikdə fəaliyyət göstərilməlidir: “Artıq bu qanun layihəsinin hazırlanması üçün ciddi çalışmalar aparmalıyıq”.

Komitə sədri qeyd edib ki, koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır: “Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir. Digər ölkələrdə hökumət sahibkarlara hansısa güzəşt edir. Bununla bağlı Azərbaycan da daxildə müəyyən müzakirələr aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR