LİMAK VM MMC Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına üzv olub

LİMAK VM MMC Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına üzv olub
# 20 aprel 2020 11:00 (UTC +04:00)

LİMAK VM MMC sürətli poçtdaşıma və kuryer şirkəti beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti nailiyyətini əldə edib.

APA-nın məlumatına görə, şirkət artıq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) akkreditə olunmuş yük agentidir (İATA Accredited Cargo Agent).

Hava nəqliyyatı yükdaşımaları ilə məşğul olan şirkətlərin beynəlxalq standartlarını müəyyən edən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) yalnız öz standartlarına uyğun olan anbar və daşımaçılıq xidməti göstərən, beynəlxalq treninq və kurslar keçmiş peşəkar heyəti olan şirkətləri üzvlüyə qəbul edir.

2019-cu ildə fəaliyyətə başlamış LİMAK VM MMC-nin Bakı və Azərbaycanın bütün bölgələrində lisenziyalı regional ofisləri fəaliyyət göstərir. Türkiyə və Amerika Birləşmiş Ştatlarında anbar xidməti olan LİMAK VM MMC 7/24 rejimdə fəaliyyət göstərən heyəti ilə bu günə qədər 50 mindən artıq istifadəçinin 300 mindən çox bağlamasını təhvil verib. Şirkətin peşəkar müştəri xidmətləri *9595 çağrı mərkəzi və bütün sosial platformalardakı online xidmətləri ilə yüksək müştəri məmnuniyyətini təmin edir.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan olunmamış hər növ yükün xarici ölkələrdən Azərbaycana və ölkə daxilində qapıya çatdırılması ilə məşğul olur. Eyni zamanda İATA akkreditə olunmuş yük agenti olaraq, Azərbaycandan bütün növ yüklərin, həmçinin daşınması üçün xüsusi sertifikat tələb edən yüklərin İATA qarantiyası altında daşınmasını təmin edir.

LİMAK VM MMC müştərilərinə “shopping agent”, anbar, ünvanda təhvil vermə, kütləvi göndərişlərin və poçtdaşımalarının çatdırılması, hava yolu karqo, radioaktiv və digər təhlükəli maddələrin, infeksion və qida maddələrinin daşınması xidmətlərini təklif edir.

İATA üzvlüyü LİMAK VM MMC-yə, həmçinin, qanunvericiliklə daşınması qadağan edilməyən bütün növ yüklərlə yanaşı, radioaktiv və digər təhlükəli maddələrin, infeksion və qida maddələrinin daşınması xidmətlərini həyata keçirmək imkanı verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR